Evinizi tam rahatlıqla idarə edin.
Binanız Qonshu tətbiqini dəstəkləyirsə, yükləyin və istifadə etməyə başlayın. Dəstəkləmirsə, formu doldurun, tezliklə sizin üçün də aktiv edək.
Sakinlər üçün funksiyalar
Sakinlərin rahatlığı üçün Qonshu ən vacib funksiyaları birləşdirir, gündəlik idarəetməni isə sadə və şəffaf edir.
Elanlar
Bina ilə bağlı yeniliklər və vacib məlumatlar anında tətbiqinizdə.
Ödənişlər
Aylıq ödənişləri tətbiq vasitəsiylə asanlıqla ödəyin.
Sorğular
Problemləri bildirin və statusunu izləyin. Komendantla əlaqə bir toxunuş uzağınızda.
Qrup və şəxsi söhbətlər
Komendant və qonşularınızla bir toxunuşla əlaqə.
Niyə Qonshu?
Çünki Qonshu sizə mənzil idarəçiliyində vaxt, enerji və rahatlıq qazandırır. Bütün müraciətləri, ödənişləri və elanları bir tətbiqdə toplamaqla gündəlik işlərinizi daha asan və sürətli şəkildə həll etməyə imkan yaradır.
Tətbiqdən istifadə üçün əsas səbəblər
- Aylıq ödənişlərinizi saniyələr içində edin
- Problemləri dərhal və rahatlıqla bildirin
- Komendantla bir toxunuşla əlaqə saxlayın
- Bütün məlumatlar – bir platformada, şəffaf və əlçatan.
Xidmətlərimiz
Qonshu – MTK idarəçiliyini asanlaşdıran vahid platforma. Bütün əməliyyatları, ödənişləri və komandanızı bir yerdən idarə edin.
Aylıq kommunal ödənişləri
Qonshu ilə hər ayın sonunda ödəniş kağızlarını axtarmağa ehtiyac yoxdur. Tətbiqdə borcunuzu görün, bir neçə saniyəyə ödənişi tamamlayın.

Parkinq idarəetməsi və ödənişi
Öz parkinq yerinizi idarə edin, ödənişləri izləyin və rezervasiya edin.

Hər ödənişə görə bonuslar
Qonshu tətbiqi üzərindən etdiyiniz ödənişlərdən bonus və endirim imkanı qazanın.

Xidmət ödənişləri
Ev xidmətlərini — su, təmizlik, xalça yuma və daha çoxunu Qonshu tətbiqi üzərindən sifariş edib, saniyələr içində ödəniş edin.

Binanızda hələ aktiv deyilik?
Formu doldurun və xidmətimizin binanızda da istifadəyə açılması üçün müraciət edin.