İstifadə Şərtləri
İSTIFADƏÇİ ŞƏRTLƏРİ VƏ QAYDALARIHaqqımızda Bu sənəd "SABAH STUDİO" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406700721, hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57) tərəfindən idarə olunan Qonshu app mobil tətbiqi (bundan sonra "Platforma" və ya "Qonshu app") vasitəsilə təqdim olunan xidmətlərdən istifadə üçün tətbiq olunan hüquqi şərtləri və qaydaları müəyyən edir.
İstifadəçi Platformaya daxil olmaqla və ya qeydiyyatdan keçməklə bu şərtləri oxuyub başa düşdüyünü, hüquqi cəhətdən razılaşdığını və onlara əməl etməyi öhdəsinə götürdüyünü təsdiqləyir.Bu İstifadəçi Şərtləri və Qaydalarını diqqətlə oxuduqdan sonra xidmətlərimizdən istifadə etməyiniz xahiş olunur.1. Anlayışlar: Qonshu app / Platforma – Sakinlər və bina rəhbərliyi (komendant) arasında əlaqəni təmin edən, ödənişlər, bildirişlər, ünsiyyət, şikayət/təklif göndərmə və digər funksiyaları təqdim edən mobil tətbiq;
İstifadəçi – tətbiqdən qeydiyyatdan keçərək təklif edilən Xidmətlərdən istifadə edən, Yaşayış binasının Sakini və ya Komendant;
Komendant – Yaşayış binası daxilində idarəetmə işlərini yerinə yetirmək üçün səlahiyyətə sahib olan və Tətbiq vasitəsilə qeydiyyatdan keçərək sakinlərə bildiriş göndərən, məlumat toplayan və ya cavab verən, habelə səlahiyyəti daxilində digər hərəkətlər edən fiziki şəxs;
Sakin – Yaşayış binasında müxtəlif hüquqi əsaslarla mülkiyyətçisi olduğu daşınmaz əmlakda yaşayan və Platformada qeydiyyatdan keçmiş fiziki şəxs;
Yaşayış binası – Tətbiqdə idarə olunan və Sakinləri olan çoxmərtəbəli və ya kompleks tipli yaşayış obyekti;
İcma – Sakinlərin və Komendantın qarşılıqlı əlaqə yaratdığı, sorğu (şikayət və təklif) göndərdiyi, Komendantla fərdi şəkildə əlaqə saxladığı və qrup söhbətləri vasitəsilə digər Sakinlərlə müzakirə apardığı bölmə;
Sorğular – İstifadəçilərin yaşadıqları ərazi ilə bağlı təqdim etdikləri şikayət və təkliflərdir. Sorğular "Baxılır", "İcra edilir", "Tamamlandı" və "İmtina edildi" statusları ilə izlənilir;
Komendantla əlaqə – İstifadəçinin tətbiq üzərindən Komendantla birbaşa yazışma və ya rəy bildirmə imkanını təmin edən funksiyadır. Buradan texniki problemlər, xidmətlərlə bağlı suallar və ya şikayətlər barədə Komendantla əlaqə saxlanılır;
Qrup söhbəti – Eyni binada yaşayan Sakinlərin bir-biri ilə və ya Komendantla ortaq müzakirə apara bildiyi yazılı ünsiyyət sahəsidir. Qrup söhbətləri ümumi elanlar, təkliflər və gündəlik məsələlərin müzakirəsi üçün istifadə olunur;
Xəbərlər – Binada və ya yaşayış kompleksində baş verən önəmli yeniliklər, dəyişikliklər və uzunmüddətli tədbirlər barədə İstifadəçilərə verilən məlumatlar;
Bonus – Sakinlər tərəfindən edilən uzunmüddətli ödənişlər zamanı təqdim olunan və növbəti ay(lar)ın ödənişində istifadə oluna bilən endirim və ya balans üstünlüyü;
Elanlar – Komendant tərəfindən Tətbiq vasitəsilə bütün Sakinlərə göndərilən rəsmi məlumatlar;
OTP kodu (One-Time Password – Birdəfəlik Şifrə) – Qeydiyyat və ya giriş zamanı istifadəçinin nömrəsinə göndərilən və hesabın təsdiqlənməsi üçün istifadə olunan birdəfəlik kod.2. Xidmətlərin təsviri
• 2.1. Tətbiq, Sakinlər və Komendant arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq, idarəetməni rəqəmsallaşdırmaq və ödəniş proseslərini sadələşdirmək məqsədilə təqdim olunan çoxfunksiyalı platformadır. Tətbiq vasitəsilə Sakinlər паркинq və ya Komendanta edilməli ödənişi edə bilər, qrup söhbəti vasitəsilə digər Sakinlərlə və Komendantla müzakirələr apara bilər, fərdi şəkildə Komendanta ünvanlanan şikayət və ya təklif yaza bilər, Komendant isə öz növbəsində bu növ təklif və şikayətləri cavablandıra, hər bir Sakinə bildiriş gedəcək formada Elanlar yaza bilər.
3. Qeydiyyat və İstifadəçi hesabı• 3.1. Tətbiqdən istifadə etmək istəyən hər bir fiziki şəxs qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün şəxs öz ad, soyadını, əlaqə nömrəsini, doğum tarixini, Yaşayış binası və mənzil nömrəsini, elektron poçt ünvanını təqdim etməlidir.
• 3.2. Tələb olunan məlumatlar daxil edildikdən sonra, təsdiq məqsədilə qeydiyyatdan keçmək istəyən şəxsin əlaqə nömrəsinə göndərilən OTP kodu müvafiq xanalara daxil edilir və təsdiqləmə uğurla tamamlandıqda qeydiyyat yekunlaşır.
• 3.3. İstifadəçi təqdim etdiyi məlumatları (əlaqə nömrəsi, e-poçт, mənzil nömrəsi və s.) istənilən vaxt redaktə edə bilər.
• 3.4. İstifadəçi təqdim etdiyi məlumatların özünə məxsus, düzgün və tam olmasına görə təkbaşına məsuliyyət daşıyır. Hesab məlumatları üçüncü şəxslərlə paylaşılmamalıdır, bu hala yol verilərsə, İstifadəçinin hesabının təhlükəsizliyinə görə, habelə digər baş verə biləcək nəticələrə görə Platforma məsuliyyət daşımır.
• 3.5. İstifadəçi şəxsi profilini istənilən vaxt silə bilər. Hesab silindikdə:
4. Ödəniş qaydaları- İstifadəçinin məlumatları dərhal sistemdən silinir;
- Aktiv ödənişlər və istifadə olunmamış bonuslar ləğv edilir.
• 4.1. Tətbiq vasitəsilə İstifadəçilər паркинq və komendant haqqını ödəyə bilərlər. Bu zaman ödənişlər tətbiqə inteqrasiya edilmiş bank və ya digər rəqəmsal ödəniş sistemi vasitəsilə həyata keçirilir.
• 4.2. İstifadəçilər ödənişlərini 1, 3, 6 və ya 12 aylıq dövrlər üzrə həyata keçirə bilərlər.
• 4.3. 3, 6 və 12 aylıq dövlər üzrə ödənişlər zamanı müvafiq olaraq mobil tətbiqdə göstərilən dəyərdə Bonus təqdim edilir. Bu Bonuslar gələcək ödənişlər zamanı istifadə edilir. Bonuslar nağdlaşdırıla, başqa İstifadəçiyə ötürülə və ya geri qaytarıla bilməz.
• 4.4. Nəzərə alınmalıdır ki, bu ödənişlər Platformaya deyil, Yaşayış binasına edilir. İstifadəçi tərəfindən ödəniş icra edildikdən sonra tətbiqdən istifadəni dayandırarsa və ya hesabını silərsə, həyata keçmiş ödəniş üzrə Yaşayış binasının xidmətlərindən istifadəyə davam edə bilər. Həyata keçirilmiş ödənişlər geri qaytarılmır.
5. Tərəflərin məsuliyyəti• 5.1. İstifadəçilər tətbiqdən istifadə edərkən aşağıdakı öhdəlikləri qəbul edir:
- Tətbiqdən yalnız qanunvericiliyə uyğun və bu şərtlərdə göstərilən qaydalar çərçivəsində istifadə edəcəklər;
- Qeydiyyat və istifadə zamanı təqdim etdiyi bütün məlumatlar düzgün və aktualdır;
- Qrup söhbətində, şikayət və ya təklif yazarkən və ya digər hər hansı yolla digər İstifadəçilərlə ünsiyyətdə olarkən etika və hörmət çərçivəsində davranacaq, qeyri-etik ifadə və ya davranışlara yol verməyəcəklər;
- Müvafiq xidmət haqlarını vaxtında və tam şəkildə ödəyəcəklər;
- Tətbiqin texniki təhlükəsizliyini poza biləcək hərəkətlərdən (hack, sistem boşluğu istismarı və s.) çəkinəcəklər;
- Digər İstifadəçilərin hüquqlarını, qanunvericiliyi habelə bu Şərtlər və Qaydaları pozmayacaqlar.
• 5.2. İstifadəçilər 5.1-ci bənddə əks edilən tələblərə əməl etmədiyi halda Platformanın İstifadəçilərin hesablarını bloklamaq, eyni zamanda zəruri olarsa hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Bu zaman İstifadəçi öhdəliyini pozduğu üçün hər hansı ödənişin qaytarılması nəzərdə tutulmur.
• 5.3. Bütün tərəflər öz təqsirindən meydana çıxmış zərərə görə məsuliyyət daşıyırlar.
• 5.4. Platforma tərəfindən təqdim olunan xidmət yalnız Tərəflər arasında kommunikasiya imkanlarının təmin edilməsinə yönəlmiş mobil tətbiqin yaradılması və istifadəyə verilməsindən ibarət olduğundan, Platformanın məsuliyyəti təqdim etdiyi xidmətlərin həcmilə məhdudlaşır. Yaşayış binasında göstərilən xidmətlərin keyfiyyəti, Sakinlərlə Komendant arasındakı münasibətlər və digər əlaqəli məsələlərə görə Platforma heç bir halda məsuliyyət daşımır.
6. Məxfilik və Fərdi məlumatlar• 6.1. Tətbiq istifadəçilərin fərdi məlumatlarının qorunmasını prioritet hesab edir və bu sahədə qüvvədə olan qanunvericiliyə və etik prinsiplərə uyğun fəaliyyət göstərir.
• 6.2. Qeydiyyat və istifadə zamanı İstifadəçilərdən ad və soyad (i), əlaqə nömrəsi (ii), elektron poçt ünvanı (iii), doğum tarixi (iv), Yaşayış binasındakı bina və mənzil nömrəsi (v), ödəniş məlumatları (vi) kimi məlumatlar əldə edilir.
• 6.3. Toplanılan məlumatlardan yalnız Xidmətlərin göstərilməsi məqsədilə istifadə edilir. Toplanılan heç bir məlumat qanunvericiliklə yol verilən hallar istisna olmaqla İstifadəçinin yazılı razılığı olmadan üçüncü tərəflərə ötürülmür və ya satılmır.
• 6.4. İstifadəçilərin aşağıdakı hüquqları qorunur: özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq; özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq; özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək; özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək; özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək; informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək; özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək; qanunvericiliklə müəyyən edilən digər hüquqlar.
• 6.5. Bu Şərt və Qaydaları qəbul edərək İstifadəçi Platformanın xidmətlərin istifadə etdiyi müddət ərzində ona aid 6.2-ci bənddə müəyyən edilən növ fərdi məlumatların xidmətlərin göstərilməsi və ya təkmilləşdirilməsi məqsədilə işlənilməsinə (toplanılmasına, sistemləşdirilməsinə, dəyişdirilməsinə, saxlanmasına, ötürülməsinə, məhv edilməsinə) razıdır.
• 6.6. Məxfilik və məlumatların qorunması barədə daha ətraflı məlumat üçün Məxfilik Siyasətinə keçid edə bilərsiniz.
7. Əqli mülkiyyət hüquqları• 7.1. Tətbiq, onun interfeysi, dizaynı, funksionallığı, loqosu, adı, proqram təminatı, məlumat bazası və digər əlaqəli elementlər (bundan sonra "Tətbiq Məzmunu") "Sabah Studio" MMC-nin mülkiyyətindədir.
• 7.2. İstifadəçilərə tətbiqdən yalnız şəxsi və qeyri-kommersiya məqsədilə istifadə etmək icazəsi verilir.
• 7.3. İstifadəçilər Tətbiq məzmununu heç bir halda üçüncü şəxslərlə paylaşa, kommersiya məqsədilə sata, təkrar emal edə, köçürə və ya yayımını təşkil edə bilməz.
8. Qaydalarımıza dəyişiklik• 8.1. Platforma tərəfindən bu Şərt və Qaydalara istənilən zaman birtərəfli qaydada dəyişiklik edilə bilər. Belə dəyişikliklər edildiyi zaman İstifadəçilər 5 gün əvvəl məlumatlandırılır. Dəyişikliklər edildikdən sonra İstifadəçilərin mobil tətbiqdən istifadəyə davam etməsi edilən dəyişikliklərə razı olduqları mənasına gəlir.
• 8.2. İstifadəçi yeni şərtlərlə razı olmazsa, tətbiqdən istifadəni dayandıra və hesabını silə bilər. Bu zaman artıq icra edilmiş ödənişlər üzrə Yaşayış binasının xidmətlərindən istifadəyə davam edə bilər, lakin Bonuslardan istifadə və ödənişin qaytarılmasına yol verilməyəcəkdir.
9. Fors-major• 9.1. Qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, epidemiyalar, pandemiyalar, embarqolar, dövlət və hökumət orqanlarının qərarları, hərəkətləri və hərəkətsizliyi və s.), yəni fors-major hallar, nəticəsində bu Şərtlər və Qaydalar üzrə öhdəliklərin yerinə yetirilməsi mümkün olmadıqda, Platforma və İstifadəçi onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, bu şərtlə ki, həmin hallar Şərtlər və Qaydalar üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun.
• 9.2. Qarşısıalınmaz hallara istinad edən tərəf qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində yazılı qaydada Şərtlər və Qaydaların icrasına mane olan fors-major hallarının başlanması və ehtimal olunan başa çatma müddəti haqqında xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli hakimiyyət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi təqdim edir. Bu Şərtlər və Qaydalar ilə müəyyən edilmiş məlumat vermə öhdəliyini yerinə yetirməyən tərəf, fors-major hallarına istinad etmək hüququnu itirir.
• 9.3. Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf məhkəməyə müraciət etmədən, digər tərəfi 2 (iki) həftə öncədən yazılı qaydada məlumatlandıraraq, Şərtlər və Qaydalara birtərəfli qaydada xitam verə bilər.
• 9.4. Fors-major hallar səlahiyyətli hakimiyyət orqanının qərarı ilə yazılı qaydada təsdiqlənməlidir.
10. Tətbiq edilən hüquq• 10.1. Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik актları ilə tənzimlənir.
• 10.2. Bu sənədin hər hansı bir bəndinin etibarsız hesab edilməsi digər bəndlərin də etibarsızlığına gətirib çıxarmır.
• 10.3. Tərəflər arasında yaranan hüquqi mübahisələrə Azərbaycan Respublikasının aidiyyəti üzrə məhkəmələrində baxılır.
11. Yekun müddəalar• 11.1. Bu Şərtlər və Qaydaların qəbul edilməsi tərəflər arasında mülki hüquqi münasibətlərin yaradılmasına, o cümlədən onlar arasında müqavilə münasibətlərinin yaradılmasına bərabər tutulur.
• 11.2. Qeydiyyatdan keçən hər bir şəxs Şərtlər və Qaydaların bütün müddəalarını qeyd-şərtsiz qəbul etmiş hesab olunur.
• 11.3. Bu Şərtlər və Qaydaların hər hansı müddəasının Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən etibarsız hesab edilməsi, Şərtlər və Qaydaların digər müddəalarının və bütövlükdə Şərtlər və Qaydaların etibarsızlığı ilə nəticələnə bilməz. Tərəflər Şərtlər və Qaydaların etibarsız müddəasının düzəlişi və ya dəyişdirilməsi üçün birgə müzakirə aparmağa razılaşırlar.
• 11.4. Şərtlər və Qaydalarda istifadə olunan terminlər və anlayışlar cəmdə və ya təkdə istifadə edilməsindən asılı olmayaraq, eyni mənanı daşıyır.
Əlaqə məlumatlarıMail: info@qonshu.com
Əlaqə nömrəsi: +994 77 522 66 44