Məxfilik Siyasəti
1. Əsas məlumatlar
• 1.1. Qonshu app (bundan sonra "Biz") olaraq, istifadəçilərimizin (Sakin və Komendantlar) və partnyorlarımızın (yaşayış binalarını idarə edən hüquqi və/və ya fiziki şəxslər, texniki dəstək tərəfdaşları, ödəniş sistemləri və s.) fərdi məlumatlarının saxlanmasını, emalını və həmin məlumatların mühafizəsini həyata keçiririk.
• 1.2. Sizinlə bağlı toplanan bütün məlumatların yeganə idarəedicisi Bizik. Biz informasiyasının necə, nə məqsədlə və harada istifadə olunması ilə bağlı qərarları qəbul edir, kompleks olaraq xidmətlərin göstərilməsi məqsədilə həmin məlumatları informasiyaların data bazamızda saxlayır və təhlükəsizlik baxımından mühafizə edirik.
• 1.3. Sizin fərdi məlumatlarınızın, istifadə tarixçənizin data bazamızdan silinməsini tələb etmək hüququnuz vardır.
2. Haqqımızda• 2.1. Biz, istifadəçilərimizə (Sakinlər və Komendantlar) mobil tətbiqimiz vasitəsilə yaşadıqları binaya dair ödənişləri izləmək və həyata keçirmək, şikayət və təklif göndərmək, elan və xəbərlərlə tanış olmaq, komendant və digər sakinlərlə qrup və fərdi yazışmalar aparmaq, həmçinin icma daxilində qarşılıqlı əlaqə yaratmaq imkanı verən platforma təqdim edirik.
• 2.2. Həmin bu xidmətlərin icrası elektron mühitdə yerləşən mobil tətbiq vasitəsilə həyata keçirilir.
• 2.3. Bu xidmətlərimizdən istifadə edərkən İstifadəçilər öz İstifadəçi Hesablarına daxil olurlar. İstifadəçilər bizim platformamızdan istifadə edərkən onlara aid bəzi fərdi məlumatlar, bu siyasətdə nəzərdə tutulan məqsədlər üzrə tərəfimizdən yığılaraq emal edilir və saxlanılır.
• 2.4. Əgər bu Məxfilik Siyasəti ilə bağlı hər hansı sualınız yaranarsa, zəhmət olmasa, bizim müştəri xidmətləri ilə info@qonshuapp.az elektron poçt ünvanı və əlaqə nömrələri vasitəsilə əlaqə saxlayın.
3. Məxfilik Siyasətinə razılıq• 3.1. Siz bu Məxfilik Siyasətini qəbul etməklə, təqdim etdiyimiz xidmətlərdən istifadə zamanı fərdi məlumatlarınızın toplanmasına, emalına və saxlanmasına açıq və məlumatlı şəkildə razılıq vermiş olursunuz. Verilən bu razılıq, həmçinin fərdi məlumatların xidmətin düzgün və effektiv şəkildə göstərilməsi məqsədilə istifadəsini də əhatə edir.
• 3.2. Hüquqi öhdəliklərimizin və xidmət keyfiyyətinin təmin olunması məqsədilə, Biz aşağıdakı hallarda fərdi məlumatlarınızdan istifadə edə bilərik:
• 3.2.1. Platformamızın idarə olunması və sizə təqdim etdiyimiz xidmətlərin fasiləsiz və funksional şəkildə işləməsinin təmin edilməsi;
• 3.2.2. Xidmətin təkmilləşdirilməsi və istifadəçi təcrübəsinin artırılması məqsədilə statistik araşdırmalar və analitik təhlillərin aparılması;
• 3.2.3. İstifadəçinin şəxsiyyətinin identifikasiyası və təhlükəsizlik məqsədilə məlumatların əldə edilməsinin zəruriliyi;
• 3.2.4. Qanunvericiliklə müəyyən edilmiş hallarda və ya müvafiq dövlət orqanlarının tələbi əsasında məlumatların təqdim olunması.
• 3.3. Siz həmçinin razılıq verirsiniz ki, xidmətlə bağlı sorğularınıza cavab verilməsi, hesabınızla və platforma ilə bağlı vacib yeniliklərin, bildirişlərin çatdırılması məqsədilə Biz sizinlə e-poçt, SMS və telefon zəngi vasitəsilə əlaqə saxlayaq.
• 3.4. Bu Məxfilik Siyasəti yalnız Bizim tərəfimizdən toplanan məlumatlara şamil olunur. Fərdi məlumatlarınızı təqdim edərkən onların düzgünlüyünə görə məsuliyyət sizə aiddir. Düzgün olmayan və ya natamam məlumatlar, məsələn, səhv qeyd olunan e-poçt ünvanı, Bizim sizinlə səmərəli əlaqə saxlamamıza mane ola bilər.
• 3.5. Əgər məlumatların toplanması və emalı ilə bağlı siyasətimiz sizi qane etmirsə, razılığınızı istənilən vaxt geri götürmək hüququnuz var. Razılığın geri götürülməsi yalnız gələcək üçün hüquqi nəticə doğurur və əvvəlki emallara təsir göstərmir. Siz həmçinin fərdi məlumatlarınızın hansı məqsədlə toplandığı, kimə ötürüldüyü və necə emal olunduğu barədə Bizdən məlumat tələb etmək hüququna sahibsiniz. Əgər məlumatların qanunvericiliyə və razılaşdırılmış məqsədlərə zidd olaraq işlənildiyini düşünürsünüzsə, buna etiraz etmək hüququnuz var.
• 3.6. Toplanmış fərdi məlumatlar yalnız Bizim təqdim etdiyimiz xidmətlərin həyata keçirilməsi və göstərilən məqsədlərin icrası müddətində saxlanılır. Müvafiq məqsədlər başa çatdıqda və ya məlumatların saxlanması üçün qanuni əsas qalmadıqda, istifadəçi və ya partnyor öz hesabının və fərdi məlumatlarının silinməsini tələb edə bilər. Bu halda məlumatlar müvafiq qaydada silinir və ya məhv edilir.
• 3.7. Siz bu Məxfilik Siyasətini qəbul etməklə, Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa uyğun olaraq fərdi məlumatlarınızın müəyyən edilmiş məqsədlər üzrə toplanılması, emalı, saxlanılması və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərə ötürülməsinə tam və məlumatlı razılıq verdiyinizi təsdiqləyirsiniz. Həmçinin, razılığınızı istənilən vaxt geri götürmək və fərdi məlumatlarınızın emalına dair əlavə məlumat almaq hüququna malik olduğunuzu qəbul edirsiniz.
4. Məxfilik Siyasətinin əhatə dairəsiFərdi Məlumatların ümumi əhatə dairəsi:• 4.1. Elektron və telefon məlumatları – Xidmətlərimizdən və mobil tətbiqdən istifadə etdiyiniz zaman, sizin hansı ardıcıllıqla səhifələrə daxil olduğunuz, istifadə etdiyiniz cihaz və həmin cihaza dair daxili məlumatlar, IP ünvanınız, əməliyyat sistemi və brauzer proqramı kimi məlumatlar serverimizdə saxlanılır.
• 4.2 Şəxsi və əlaqə məlumatları – Xidmətlərimizdən istifadə edən şəxslərin adı, soyadı, cinsiyyəti, şəxsiyyətini təsdiq edən məlumatlar (FİN, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), elektron poçt ünvanı, telefon nömrəsi, bildirişlərin və digər yeniliklərin sizə çatdırılması üçün üstünlüklər və seçimlər kimi məlumatlar toplanır.
Fərdi Məlumatların İstifadəçilər üçün nəzərdə tutulmuş əhatə dairəsi:• 4.3. İstifadəçi hesabı məlumatları – Elektron məlumatlar əldə edildikdən sonra qeydiyyatdan keçərkən seçilən İstifadəçinin telefon nömrəsi, şəxsiyyətini təsdiq edən məlumatlar və şifrələr haqqında məlumatları təhlükəsizlik məqsədi ilə toplanır. Hesab fəaliyyətinə dair qeydlər, o cümlədən son giriş tarixi və hesabın aktivlik vəziyyəti toplanır. Həmçinin, istifadəçinin platformada keçmiş fəaliyyətləri və əməliyyat tarixçəsi, məsələn, nağdlaşdırma əməliyyatları və baxılan səhifələr haqqında məlumatlar da qeydiyyata alınır.
• 4.4. Digər könüllü məlumatlar – İstifadəçi bizə müraciət etdikdə, dəstək üçün yazışmalar apardıqda və ya anketlərdə iştirak etdikdə təqdim etdiyi digər məlumatlar müştəri xidmətlərinə göndərilmiş mesajların və onların məzmununun, sorğuların və təkliflərin, rəy və şikayətlərin, eləcə də sorğular çərçivəsində iştirak zamanı təqdim edilən məlumatların toplanmasını əhatə edir.
5. Fərdi məlumatların əldə edilməsinin xüsusi məqsədləri• 5.1. Biz fərdi məlumatlardan istifadəçi hesabının və elektron kabinetin yaradılması və təhlükəsiz idarə olunması məqsədilə istifadə edirik;
• 5.2. Fərdi məlumatlar hüquqpozmalara qarşı hüquq-mühafizə orqanlarına dəstək vermək üçün istifadə olunur;
• 5.3. Həm daxili, həm də üçüncü tərəflər vasitəsilə məxfi şəkildə statistik təhlillərin və bazar araşdırmalarının aparılması və hazırlanması məqsədilə fərdi məlumatlar toplanır;
• 5.4. Xidmətlərin və tətbiqdəki əməliyyatların idarə olunması və səmərəliliyinin artırılması üçün fərdi məlumatlardan istifadə edilir;
• 5.5. Biz istifadəçilərlə effektiv kommunikasiya qurmaq, xidmətlərimizi və platformamızı inkişaf etdirmək məqsədilə fərdi məlumatları işləyirik;
• 5.6. Mobil tətbiqin istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi və funksionallığının artırılması məqsədilə fərdi məlumatlar toplanır;
• 5.7. Yeniliklər, yeni xidmətlər və təkliflər barədə istifadəçilərin məlumatlandırılması üçün fərdi məlumatlardan istifadə olunur;
• 5.8. Zərurət yarandıqda yeni biznes fəaliyyətlərinin idarə olunması məqsədilə fərdi məlumatlar istifadə edilə bilər;
• 5.9. Hüquqazidd əməliyyatların, dələduzluq və digər cinayətkarlıq fəaliyyətlərinin qarşısının alınması məqsədilə fərdi məlumatlar yoxlanılır və işlənilir;
• 5.10. Biz istifadəçilərə tətbiqdən istifadə zamanı dəstək göstərmək, xəbərləri və digər vacib məlumatları çatdırmaq üçün fərdi məlumatların toplanması və işlənməsini həyata keçiririk.
6. Fərdi Məlumatların ötürülməsi• 6.1. Bizə sizin tərəfinizdən və ya üçüncü şəxslər vasitəsilə təqdim olunan fərdi məlumatlarınız yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə istifadə olunur. Bu, texniki dəstək göstərilməsi, tətbiq və xidmətlər barədə məlumatların çatdırılması, sizinlə əlaqə saxlanılması, müraciətlərin cavablandırılması və digər xidmətlərin göstərilməsi üçün zəruri olan tədbirləri əhatə edir.
• 6.2. Fərdi məlumatlarınız yalnız Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə tələb olunduğu hallarda müvafiq dövlət qurumlarına ötürülə bilər.
• 6.3. Əgər qanun pozuntusu və ya təhlükəsizlik riskləri ilə bağlı şübhələr yaranarsa, qanunsuz fəaliyyətlərin qarşısını almaq və istifadəçilərimizin təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən fərdi məlumatları müvafiq hüquq-mühafizə orqanları ilə paylaşa bilərik.
7. Yığılmış məlumatların məhv edilməsi• 7.1. Xidmətlərimizdən istifadə etdikdən sonra fərdi məlumatlarınızın silinməsini tələb etmək hüququnuz vardır. Bunun üçün bizim məlumatların qorunması ilə əlaqədar yaradılmış elektron poçt ünvanımıza müraciət etməlisiniz. Müraciətiniz əsasında "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə uyğun olaraq, sizinlə bağlı fərdi məlumatlar serverlərimizdən silinəcək.
• 7.1.1. Hüquqi tələblər əsasında bəzi məlumatlarınız, həmin məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə sizin müraciətinizdən sonra silinməyə bilər.
• 7.2. Əgər fərdi məlumatlarınızın təhlükəsizliyi ilə bağlı hər hansı şübhə və ya qüsur yaranarsa, biz ağlabatan bütün qabaqlayıcı və zəruri tədbirləri həyata keçirərək məlumatlarınızın mühafizəsini təmin edəcəyik.
8. Dəyişikliklər• 8.1. Biz Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər edə bilərik. Məxfilik Siyasətinin yeni forması mobil tətbiqdə yerləşdikdən sonra qüvvəyə minir.
• 8.2. Məxfilik Siyasətinin yeni formasını dərc etdikdən sonra tətbiqdən davamlı istifadə etməyiniz həmin dəyişiklikləri qəbul etdiyiniz və onlarla razılaşdığınız anlamına gəlir. Əgər siz bu dəyişikliklərlə razılaşmırsınızsa, tətbiqə girişdən imtina etməli və xidmətlərdən istifadəni dayandırmalısınız.
9. Bizimlə necə əlaqə saxlamaq olar?• 9.1. Məxfilik Siyasəti ilə bağlı hər hansı sualınız və ya əlavə məlumat ehtiyacınız olduqda, bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:
Email: _____________
Poçt: _____________
Telefon: _____________
* Mən, Məxfilik Siyasətini oxudum və qəbul edirəm.